"Qarabağ" sabah Misli Premyer Liqasının XXIII turunda "Araz-Naxçıvan"ı qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi görüşün 8 marta təsadüf etməsi münasibətilə xanım azarkeşlərinə jest edib.

Matçı stadionda izləmək istəyən xanım azarkeşlər üçün giriş sərbəst olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" matçı martın 8-də, Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.