Lionel Messinin MLS-ə gəlişi “İnter Mayami” klubu üçün tarixi dönüş nöqtəsi olub.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduzun transferindən sonra klubun gəliri 56 milyon dollardan 200 milyon dollara yüksəlib.

Messi, həmçinin, “İnter Mayami” ilə titullar qazanıb və klub MLS tarixində 1,35 milyard dollar dəyərə çatan ilk franşiza olub.

Mütəxəssislərin fikrincə, Messi təkcə meydanda deyil, meydandan kənarda da təsir göstərərək bütün liqanın iqtisadi modelini yenidən formalaşdırıb və MLS-in qlobal dəyərini ciddi şəkildə artırıb.