Argentinanın nəhəng klubu “River Pleyt” rəsmi olaraq "Monumental" stadionunun genişləndirilməsi və üzərinin örtülməsi layihəsini elan edib.
Offsideplus.az xəbər verir ki, klubun açıqlamasına görə:
- Layihə 3 il ərzində həyata keçiriləcək
- Stadionun tutumu 100 min tamaşaçıya çatdırılacaq
- Bununla da "Monumental" Amerikanın (Şimali və Cənubi Amerika) ən böyük stadionu olacaq
Hazırda da Cənubi Amerikanın simvolik arenalarından biri hesab olunan bu stadion layihə başa çatdıqdan sonra həm tutum, həm də infrastruktur baxımından dünya səviyyəli stadionlar sırasına daxil olacaq.


