İspaniyanın “Atletiko Madrid” klubu Leon Goretzka transferində yenidən aktivləşib.

Offsideplus.az xəbər verir ki, klubla alman futbolçunun meneceri arasında yeni əlaqələr qurulub və potensial keçid mövzusunda danışıqlar aparılır.

Mənbələrin məlumatına görə, Madrid təmsilçisi Goretzkaya əsas şərt və oyun vaxtı təklif etmək niyyətindədir. Transferdəki konkret addımlar və razılıqlar isə yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Leon Goretzka hazırda "Bayern Münhen"in heyətində çıxış edir və əsasən yarımmüdafiə xəttində həm hücum, həm də müdafiə funksiyasını yerinə yetirir.