Bir vaxtlar İspaniya millisinin və “Fənərbağça”nın formasını geyinmiş Daniel Quiza karyerasını davam etdirmək qərarı verib.

Offsideplus.az xəbər verir ki, 45 yaşlı hücumçu Əndəlüs Regional Birinci Liqasında (İspaniya 7-ci liqası) mübarizə aparan "Xerez Industrial" klubu ilə müqavilə imzalayıb.

Təcrübəli forvardın transferi İspaniya futbol ictimaiyyətində maraqla qarşılanıb.

O, karyerasının bu mərhələsində gənc futbolçulara həm meydanda, həm də kənarda təcrübəsini ötürməsi ilə tanınacaq.

Qeyd edək ki, Daniel Quiza 2008-ci ildə “Malyorka”nın heyətində La Liqanın bombardiri olmuş, həmin il Avropa çempionu adını qazanan İspaniya millisinin də üzvü kimi yadda qalıb.