Türkiyənin “Fənərbağça” klubu transfer bazarında diqqətçəkən addım atmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Siti”nin hücumçusu Omar Marmuş üçün 30 milyon avro ödəməyə razıdır.

“Mançester Siti”nin Semenyo transferini reallaşdırmasından sonra klub rəhbərliyi Marmuşla yolları ayırmağa müsbət yanaşır. İngiltərə təmsilçisi heyətdəki rəqabəti azaltmaq və balans yaratmaq niyyətindədir.

Bildirilir ki, Misir millisinin üzvü də mümkün transferə müsbət yanaşır. Marmuş daha çox oyun dəqiqəsi qazana biləcəyi kluba keçmək istəyir və bu baxımdan “Fənərbağça” variantını ciddi şəkildə nəzərdən keçirir.