Yurgen Klopp, Markus Kroeşe, Sami Xedira, Andreas Rettix (DFB) və Mark Lents (DFL) Almaniyada yeni liqa modeli üzərində iş aparırlar.
Offsideplus.az xəbər verir ki, layihənin əsas məqsədi gənc futbolçuların peşəkar futbola keçidini asanlaşdırmaqdır.
Bu ideya son illər istedadlı gənclərin əsas komandaya yüksəlməsinin getdikcə çətinləşməsi ilə bağlı narahatlıqlardan qaynaqlanır.
Müzakirə olunan əsas variant isə U-21 liqasının yaradılmasıdır. Bu liqa gənc oyunçulara Bundesliqaya keçməzdən əvvəl real oyun təcrübəsi qazanmaq imkanı verməyi hədəfləyir.
Hazırkı sistemdəki əsas problemlər belə sıralanır:
- Almaniyaya məxsus cəmi 9 futbol akademiyası Avropanın ən məhsuldar 100 akademiyası sırasında yer alır
- Bundesliqa Avropanın TOP-5 liqası arasında yerli yetişmiş futbolçuların ən az oynadığı liqadır
- Bundesliqada oynanan dəqiqələrin 85 faizi akademiya məzunu olmayan transfer futbolçularına məxsusdur
Mütəxəssislər hesab edir ki, U-21 liqasının yaradılması Alman futbolunun gələcəyi üçün strateji dönüş nöqtəsi ola bilər və uzunmüddətli perspektivdə milli komandanın güclənməsinə də müsbət təsir göstərə bilər.


