"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola UEFA Çempionlar Liqasının 8-ci turunda "Qalatasaray"la qarşılaşacaqları oyun öncəsi açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, "Etihad" stadionunda keçiriləcək matç öncəsi "Siti" Futbol Akademiyasında mətbuat konfransında danışan ispaniyalı mütəxəssis komandasının mövcud xal vəziyyətinə də toxunub.
Çempionlar Liqasında 13 xalları olduğunu xatırladan Quardiola “Daha çox xala sahib olmaq yaxşı olardı, amma bu xalı haqq edirik. Hansi mövqedə olacağımıza baxacağıq” - deyib.
O, "Qalatasaray"ın güclü heyətə malik olduğunu vurğulayıb və Türkiyə Superliqasındakı oyunlarını izlədiyini qeyd edib:
“Qalatasaray"a qarşı yarın qalib gəlmək istəyirik. Türkiyə Liqasındakı oyunlarını izlədim. Hər biri xüsusi oyunçulardır. Böyük səylə oynamalıyıq. Əlimizdən gələni etməliyik. Əskiklərimiz var”.
O, mətbuat konfransında əvvəllər "Mançester Siti"də çıxış etmiş və hazırda "Qalatasaray"da oynayan İlkay Gündoğan və Leroy Sane haqqında da danışıb. Təcrübəli mütəxəssis hər iki oyunçunu yenidən görməkdən məmnun olduğunu bildirib.
İspan mütəxəssis Türkiyədəki stadion atmosferi ilə bağlı da fikirlərini bölüşüb:
“Barselona", "Bayern Münhen" və "Mançester Siti" ilə Türkiyə komandaları ilə səfərdə oynamamışam. Bunu yaşamaq istəyirəm. Sabah böyük bir gecə olacaq. "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş, Avropada mübarizə aparan önəmli komandalardır. Bəzi oyunçularla danışdım və Türkiyədəki atmosferin inanılmaz olduğunu dedilər. Hər ölkənin mədəniyyəti fərqlidir. Sabah stadiona gələcək azarkeşlərimizdən dəstək gözləyirik. "Qalatasaray" çox yaxşı komandadır, onlara hörmətimiz böyükdür”.
Quardiola əlavə edib ki, "Qalatasaray" sürətli və keyfiyyətli oyunçulara malikdir:
“Sane çox sürətlidir, amma yalnız o deyil. İlkay, Torreira, Lemina çox təcrübəlidir. "Qalatasaray" Türkiyənin ən böyük komandalarından biridir və yaxşı oyunçular alır”.


