Paul Pogba yenə zədə səbəbindən “Monako”nun heyət siyahısından çıxarılıb.
Offsideplus.az xəbər verir ki, fransız ulduzun durumu klub daxilində və azarkeşlər arasında ciddi narahatlıq doğurmağa başlayıb.
Rəqəmlər vəziyyətin ciddiliyini göstərir:
- Cari mövsümdə cəmi 3 oyunda meydana çıxıb
- Ümumi oyun vaxtı cəmi 30 dəqiqə
- Davamlı zədələr səbəbilə ritm tapa bilmir
Böyük ümidlərlə transfer olunan Pogbanın gəlişi indilik tam fiasko təsiri bağışlayır.
Klub onun fiziki durumunun yaxın zamanda sabitləşəcəyinə ümid etsə də, vəziyyət getdikcə daha pessimist görünür.


