"Red Bull"un 2026-cı il üçün ikinci pilotu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Ayzek Həcər "qırmızı buğalar"ın bolidini sürəcək. O, gələn il Maks Ferstappenin komanda yoldaşı olacaq. Bu barədə "Formula 1"in rəsmi saytı məlumat yayıb. 

"Reysinq Bulls" komandasının gələn il üçün 2 pilotu isə Liam Lauson və Arvid Lindblad olacaq.

Qeyd edək ki, 21 yaşlı pilot bu il "Reysinq Bulls" komandasında çıxış edib. Mövsümün başa çatmasına son 1 yarış qalıb.