Yüngül çəkidə UFC çempionu Aleks Pereyra sosial şəbəkə hesabından maraqlı paylaşım edərək idman ictimaiyyətinin diqqətini çəkib.

Offsideplus.az xəbər verir ki, braziliyalı bunları qeyd edib:

“Yaralı? Biz sizin üçün mübarizə aparacağıq!”.

Xatırladaq ki, Pereyra sonuncu döyüşünü 2024-cü ilin oktyabrında keçirib və burada Xəlil Rountrini dördüncü raundda texniki nokautla məğlub edib. Ümumilikdə, Pereyra bu il üç döyüş keçirib və hamısında erkən qələbə qazanıb.