Ümumdünya Boks Təşkilatı (WBO) dünya çempionu Oleksandr Usiki çıxılmaz vəziyyətdə qoyub.

Offsideplus.az xəbər verir ki, ukraynalı boksçu kəmərlərindən birini itirmək üzrədir.

Buna səbəb WBO-nun irəli sürdüyü şərtin yerinə yetirilməsinin qeyri-mümkün olmasıdır. Beynəlxlq təşkilatın tələbinə görə, Usik yaxın 30 gün ərzində kəmərin müdafiəsi üçün yeni zelandiyalı Cozef Parkerlə qüvvəsiini sınamalıdır. 

Əks halda, o, çempion titulundan məhrum ediləcək və WBO kəmər üçün Parkerə yeni rəqib axtarılacaq.

Usikin planları isə tam fərqlidir. IBF çempionu titulunu qazanmaq istəyən ukraynalı peşəkar boksçu Daniel Dyuba ilə döyüşə hazırlaşır. Görüş bu il avqustun sonu-sentyabrın əvvəllərində İngiltərədə təşkil olunacaq.

Qeyd edək ki, Oleksandr Usik hazırda WBO, WBC və WBA versiyaları üzrə dünya çempionudur.