Dörd ay əvvəl ilk döyüşdə məğlubiyyətdən sonra rusiyalı boksçu Dmitri Bivol həmyerlisi Artur Beterbievdən revanş alaraq, ondan yarım ağır çəkidə dünya üzrə mütləq çempion titulunu ələ keçirdi.
Offsideplus.az xəbər verir ki, döyüşün əvvəlində rəqibinin aqressiv hücumlarına dözərək, Bivol zaman keçdikcə öz ritmini tapdı və Beterbievi sürətli, dəqiq zərbələrlə narahat etməyə başladı. Sürət və ayaq hərəkətləri öz nəticəsini verdi – Bivolun kombinasiyaları getdikcə daha iti və hədəfə dəqiq çatırdı, Beterbiev isə əksinə, tədricən yavaşlayır və hər raundda daha çox zərbə buraxırdı. Bununla da, hakimlərin yekun qərarı ilə qələbə Bivolun oldu.