"Ayaks" klubu baş məşqçisi Françesko Farioli ilə yolları ayırmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisi rəsmi saytından məlumat yayıb.
Klubun rəhbərliyi çempionluğu əldən verəndən bir gün sonra bu qərarı verib.
Qeyd edək ki, "Ayaks" son 5 tura 9 xal öndə girsə də, sonda PSV-nin çempionluğunu izləməli olub.
Farioli ötən ilin yayından burada çalışırdı. O, daha öncə "Nitsa", "Karagümrük" və "Alanyaspor" kimi klubları da çalışdırıb.



