Rafael van der Vart "Ziggo Sport"a maraqlı açıqlama verib. 

"Offsideplus.az" xəbər verir ki, veteren futbolçu DÇ-2010-da İspaniyaya məğlub olduqları final oyunundan sonra yaşananlar haqda danışıb:

"Hamımız məyus idik. 2 şüşə şərabdan sonra hər şey unuduldu. Serxio Ramos paltar dəyişmə otağına daxil oldu. O, bizdən üzr istədi. Sonra hamımız içməyə başladıq. Əslində hər şey əyləncəli idi. Təyyarədə də içməyə davam etdik. Müəyyən vaxt alkoqol qəbul etsəniz, tezliklə yatacaqsınız. Bu, işə yaradı. Ölkəyə çatanda gülməli anlar yaşandı. Bizim üçün parad təşkil edilmişdi. Ancaq bunun sayəsində insanlarımızın gözündəki xoşbəxtliyi görə bildik".