Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Erediviziya nəhəngi ABŞ-nin "Orlando" klubunun sağ cinah vingeri Fakundo Torres üçün hərəkətə keçib.

Məlumata görə, "Ayaks" 23 yaşlı uruqvaylını qışda sıralarına qatacaq.

Artıq tərəflər arasında danışıqlar aparılır.