Niderlandın "Ayaks" klubu heyətinə gürcüstanlı hücumçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, Amsterdam təmsilçisi "Metz"də çıxış edən Georges Mikautadzenin keçidini tamamlayıb. 

Gürcü hücumçu artıq Amsterdamdadır. Tibbi müayinədən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Georges Mikautadze 2017-ci ilin yayında ASSP-dan "Metz"in akademiyasına transfer olunub. 22 yaşlı forvard Gürcüstan millisinin üzvüdür. O, bu mövsüm Fransa çempionatında 3 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.