"Auqsburq"dan Niderlandın PSV klubuna transfer olunan Rikardo Pepi yeni iş yerindəki hədəfini açıqlayıb.

 Offsideplus.az xəbər verir ki, Erediviziya təmsilçisinin rəsmi saytına danışan mərkəz hücumçusu məqsədinin PSV ilə titullar qazanmaq olduğunu bildirib:

"Burada olduğum üçün inanılmaz dərəcədə xoşbəxt və həyəcanlıyam. İnanıram ki, bu, karyeram üçün doğru addımdır. PSV böyük ambisiyaları olan bir klubdur və mən də kuboklar qazanmaq arzusunu bölüşürəm. Mən zəhmətkeş bir oyunçuyam".

Bildirək ki, 20 yaşlı ABŞ-li oyunçu ilə 2028-ci ilədək müqavilə imzalanıb.