"Qalatasaray"ın əfsanəsi George Haci Niderlandın "Ayaks" klubu çalışdıra bilər. 

Offsideplus.az xəbər verir ki, hazırda Rumıniyanın "Farul" komandasının sükanı arxasında olan 58 yaşlı mütəxəssis Amsterdam təmsilçisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən biridir.

Siyahıda  Qrem Potter, Yulian Nagelsmann və Peter Bos kimi baş məşqçilər də var. 

 Qeyd edək ki, Haci "Farul" komandasını çalışdırdığı 6 ildə 2 dəfə ölkə çempionu olub.

Xatırladaq ki, cari mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək "Farul"un potensial rəqibləri arasında "Qarabağ", "Ferentsvaroş", "Şeriff", "Astana" klubları var.