"Fənərbağça"nın gənc istedadı Arda Gülər Avropanın nəhəng klublarının diqqətini çəkmədə davam edir.

 Offsideplus.az xəbər verir ki, "Ayaks" türkiyəli futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb. Xəbərə görə, Amsterdam təmsilçisinin klub məsləhətçisi Huntelar bir neçə gün öncə 18 yaşlı oyunçunun bir çox matçını canlı olaraq Türkiyədə izləmiş və Niderland klubunun rəhbərliyinə istedadlı futbolçunun alınmasını mütləq olduğunu bildirmişdi. 

Qeyd edək ki, Arda Gülər cari mövsüm "sarı-lacivərtli"lərin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 6 qol və 3 assistlə yadda qalıb.