"Tvente" komandada icarə əsasında çıxış edən niderlandlı futbolçu Anass Salah-Eddine ilə sözləşmə imzlamaq istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "tvitter"də məlumat verib. Mənbəyə görə, müdafiəçi özü isə müqavilə ilə məxsus olduğu "Ayaks"a geri dönmək istəyir. Amsterdam təmsilçisi ilə niderlandlı oyunçu arasında gələcəklə bağlı müzakirələrin yaxın müddətdə aparılacağı gözlənilir.
Bundesliqa klublarının da 21 yaşlı futbolçuya maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, Anass Salah-Eddinenin "Ayaks"la müqaviləsi 2025-ci ildə başa çatır. O, "Tvente"də cari mövsüm bütün turnirlərdə 16 oyunda meydana çıxıb.