Bugünlərdə baş verən dəhşətli zəlzələ səbəbilə dünyanın əksər ölkələri Türkiyəyə dəstək nümayiş etdirir.
Offsideplus.az xəbər verir ki, istər maddi, istərsə də mənəvi dəstəklə əhatə olunan hərəkata Avropanın aparıcı futbol çempionatları da qoşulub. Belə ki, Niderland Erediviziyasının rəhbərliyi Türkiyə və Suriyadakı zəlzələ qurbanlarının xatirəsinə klubların kapitanlarına oyunlara qollarında xüsusi sarğı ilə çıxması tələbini qoyub.
Lakin "Ayaks"ın kapitanı Duşan Tadiç bundan boyun qaçırıb. O, matç zamanı həmin sarğını qoluna taxmayıb.
"Qalatasaray"ın niderlandlı sabiq ulduzu Uesli Sneyder isə bunun "Ayaks" rəhbərliyinin qərarı olduğunu bildirib.