DÇ-2022-nin 1/4 finalında Argentinaya məğlub olan Lui Van Qaal Niderland millisini tərk edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə oyundan sonra baş tutan mətbuat konfransında 71 yaşlı mütəxəssisin özü açıqlayıb.
"Narıncılar"ın yeni çalışdırıcısının Ronald Kuman olacağı gözlənilir. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Sonuncu dəfə "Barselona"nın baş məşqçisi olan Kuman 2023-cü ilin yanvarından etibarən millinin başına keçməyə hazırdır.
Qeyd edək ki, Niderland millisi əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında rəqibə 3:4 hesabı ilə məğlub olub.