"Ayaks" heyətinə yeni futbolçu cəlb edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam  təmsilçisi "Sevilya"dan Lukas Okamposu icarəyə götürüb.

28 yaşlı oyunçu mövsümün sonunadək "Ayaks"da çıxış edəcək.

Qeyd edək ki, Okampos 2019-cu ilin yayından "Sevilya"da oynayırdı. O, bu müddətdə bütün turnirlərdə 135 oyuna çıxıb, 34 qol vurub.