"İnter"in futbolçusu Kristian Eriksen karyerasını Niderland "Ayaks"ında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı danimarkalı yarımmüdafiəçinin ürəyindəki kardioverter-defibrillyator cihazı çıxarılmasa, keçid gerçəkləşəcək.
Eriksenin ürəyində hansısa cihaz qalsa, o, Amsterdam təmsilçisinə qayıtmağı düşünəcək.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.
Əlavə edək ki, o, 2010 - 2013-cü illər aralığında "Ayaks"ın şərəfini qoruyub.