MOİK və Rusiya millisinin sabiq baş məşqçisi Leonid Slutskinin yeni iş yeri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəsis Hollandiyanın "Vitess" klubunda çalışacaq.

Tərəflər 2 illik müqaviləyə imza atıb. Anlaşma yaydan qüvvəyə minəcək. Slutskinin son klubu İngiltərənin Championship divizionunda mübarizə aparan "Hall Siti" olmuşdu. O, bu klubda yarım il işləyəndən sonra 2017-ci ilin sonunda istefaya göndərilmişdi.

Mənbə: Goal.az