Hollandiyanın "Vitess" klububunun baş məşqçisi Leonid Slutski istefa verib. 

Offsideplus.az xəbər verir ki, 48 yaşlı rusiyalı mütəxəssis çempionatın 15-ci turunda "Herenven"ə 2:3 hesabı ilə uduzduqları matçdan sonra komandadan ayrıldığını açıqlayıb. 

Qeyd edək ki, Leonid Slutski 2018-ci ilin yayından komandanı çalışdırırdı. "Vitess" ötən mövsüm onun rəhbərliyi altında Hollandiya çempionatını 5-ci pillədə tamamlayıb.