Özbəkistan futbol yığması tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə çıxmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, "Mançester Siti"li Abdukadir Xusanovun lideri olduğu komanda bu gün dünya çempionatının Asiya üzrə seçmə mərhələsində Qırğızıstanı məğlub edib - 1:0.

Hazırda özbəklər öz qruplarında 16 xalla 2-ci pillədə qərarlaşıblar. Sona 3 tur qalmış ən yaxın izləyici 10 xalla BƏƏ kollektividir. Özbəkistan milli komandası martın 25-də İranla görüşdə final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər.

BU DA MARAQLIDIR:

DÇ-2026-da daha bir komanda