2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına daha bir komanda rəsmən vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, Yaponiya yığması planetin ən prestijli futbol yarışında iştirak hüququna yiyələnib.
"Gündoğar ölkə"nin təmsilçiləri bu gün turnirin Asiya üzrə seçmə mərhələsində Bəhreyn üzərində qələbə qazanmaqla (2:0) vaxtından qabaq tarixi uğuru gerçəkləşdiriblər.
Beləliklə, Yaponiya milli komandası 8-ci dəfə dünya çempionatında qüvvəsini sınayacaq.
Asiyalılar seçmə təsnifat mərhələsində oynanılan 45 vəsiqədən birincisinə hamıdan tez sahib çıxıblar.
Həmçinin Yaponiya DÇ-2026-da iştirakı təsdiqlənən 4-cü komanda olub. Buna qədər ABŞ, Meksika və Kanadanın meydan sahibi qismində yarışa birbaşa qatılacağı məlum idi.
DÇ-2026-da tarixdə ilk dəfə 48 yığma mübarizə aparacaq.
BU DA MARAQLIDIR: