Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuş dünya çempionatının 1/8 finalında İsveçrə ilə hazırda keçirilən oyunda kapitan Kriştiano Ronaldonu ehtiyatda saxlamasını şərh edib.
Offsideplus.az xəbər verir ki, o, açıqlamasında bunları deyib:
“Qərarımın onun Cənubi Koreya yığması ilə oyunu ilə heç bir əlaqəsi yoxdur. Gəlin bu məsələni bağlayaq. Bugünkü oyundan bir neçə gün əvvəl bu haqda düşündük. Taktiki qərardır, başqa bir şey deyil”.
Qeyd edək ki, başa çatan ilk hissədə portuqaliyalılar 2:0 hesabıyla öndədirlər.