Almaniya yığmasının hücumçusu Leroy Sane DÇ-2022-nin qrup mərhələsində İspaniyaya qarşı oyunu buraxa bilər.

Offsideplus.az xəbər verir ki, o, hələ də komanda ilə məşqdə iştirak etmir və fərdi qaydada çalışır.

Sane zədə səbəbindən 1-ci turda Yaponiyaya qarşı görüşdə (1:2) oynamamışdı.

Noyabrın 27-i keçiriləcək Almaniya - İspaniya ilə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.