Misirlə matçda (3:1) 2 qol vuran Rusiya millisinin futbolçusu Denis Çerışev DÇ-2018-in bombardirlik yarışında Kriştiano Ronaldoya çatıb.
Offsideplus.az xəbər verir ki, 2 oyundan sonra rus futbolçunun ehtiyatında 3 qol var. Kriştiano Ronaldo isə 1 oyunda 3 dəfə fərqlənməyi bacarıb.
Ümumilikdə, DÇ-2018-in bombardirlər siyahısında son vəziyyət belədir:
1. Kriştiano Ronaldo (Portuqaliya) – 1 oyun, 3 qol
1. Denis Çerışev (Rusiya) – 2 oyun, 3 qol
3. Dieqo Kosta (İspaniya) – 1 oyun, 2 qol
3. Romelu Lukaku (Belçika) 1 oyun, 2 qol
3. Harri Keyn (İngiltərə) – 1 oyun, 2 qol
3. Artem Dzyuba (Rusiya) – 2 oyun, 2 qol
Daha 23 futbolçusu isə hərəyə 1 qol vurub.