DÇ-2018-də iki qrupda mübarizənin ilk turu başa çatıb.

Offsideplus.az xəbər verir ki, A və B qrupunda komandalar ilk oyunlarına çıxıblar.

Rusiya, Uruqvay və İran qələbəyə sevindikləri halda, Portuqaliya ilə İspaniya turnirə bərabərlik, Səudiyyə Ərəbistanı, Misir və Mərakeş isə məğlubiyyətlə start verib.

Geridə qalan oyunlarda bir oyunçu het-trik edib. Kristiano Ronaldo İspaniya qarşısında komandasının hər 3 qoluna imza ataraq 1 xal qazandırıb.

İki oyunçu isə dubla imza atıb. Denis Çerışev Səudiyyə Ərəbistanı, Dieqo Kosta isə Portuqaliyanı iki dəfə məyus edib.

Daha 5 oyunçu isə hərəyə bir dəfə fərqlənmək imkanı əldə edib. Rusiya millisinin heyətində Artyom Dzuyba, Yuri Qazinski və Aleksandr Qolovin, Uruqvayda Ximenes, İspaniyada isə Naço komandalarına bir qolla töhvə veriblər.

Daha bir qolu ilə mərakeşli Buddahuz öz qapısından keçirib.

Bombardirlər cədvəli

1.

Ronaldo K.

Portuqaliya

3

0

2.

Çerışev D.

Rusiya

2

0

2.

Kosta D.

İspaniya

2

0

4.

Dzyuba A.

Rusiya

1

1

4.

Qazinski Y.

Rusiya

1

0

4.

Ximenez J.

Uruqvay

1

0

4.

Qolovin A.

Rusiya

1

2

4.

Naço

İspaniya

1

0

9.

Busgets

İspaniya

0

1

9.

Guedes G.

Portuqaliya

0

1

9.

Sançez K.

Urugvay

0

1

9.

Zobnin R.

Rusiya

0

1