Portuqaliya millisinin və "Porto"nun yarımmüdafiəçisi Otavio tezliklə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçəcək.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar son mərhələdədir. 2026-cı ilə qədər imzalanan müqaviləyə görə “Porto” 60 milyon avro alacaq.
Futbolçuya hər mövsüm üçün 15 milyon avro nəzərdə tutulub.