Liqa Kubokunun yarımfinalında "İnter Mayami" "Filadelfiya Yunion"a qalib gələrək, finala çıxıb. 

Offsideplus.az xəbər verir ki, görüşün 20-ci dəqiqəsində Leo Messi fərqlənib. 4:1 hesabı ilə başa çatan oyundan sonra "İnter Mayami" Liqa Kubokunun finalında "Neşvil"ə rəqib olub. 

Qeyd edək ki, Liqalar Kubokunu ilk 3 pillədə başa vuran komandalar birbaşa Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi üzrə keçirilən (KONKAKAF) Çempionlar Liqasında iştirak hüququ qazanır. Liqalar Kubokunun qalibi isə ÇL-nin 1/8 finalına vəsiqə əldə edir.

Matçın icmalını təqdim edirik: