Cənubi Koreya çempionatında 25-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qvanqyu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Anton bu görüşün iştirakçısı olmayıb. Cəzalı olan futbolçunun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Daejeon” hazırda 33 xalla 6-cı pillədə qərarlaşıb.