2022-2023 mövsümünün ikinci hissəsini "Konyaspor"da icarədə keçirən Mahir Emreli yenə icarəyə yollana bilər.
Offsideplus.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, "Dinamo" klubu 26 yaşlı hücumçunun gələcəyi ilə bağlı qərarı yay təlim-məşq toplanışında verəcək. Baş məşqçi İqor Bişçan ötən mövsümü icarədə keçirən futbolçuların performansına diqqət verəcək. Mahir mütəxəssisin etimadını doğrultmasa, yenidən icarəyə göndəriləcək.
Məşq toplanışı iyunun 19-da başlayacaq, sentyabrda yekunlaşacaq.
Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.