"Neftçi"nin kapitanı Emin Mahmudov yeni müqavilə təklifindən imtina edərək, Cənubi Koreya klubu ilə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, Mahmudov karyerasını "Daejoon Sitizen" klubunda davam etdirəcək. Hansı ki, həmin klubunda millimizin diqər üzvü, Anton Krivotsyuk çıxış edir. Çox güman ki, Mahmudovu "Daejoon Sitizen"a məhz Krivotsyuk məsləhət görüb.
Bəllidir ki, Mahmudov "Neftçi"nin təklifinə "yox" deyib. Ağ-qaralar kapitana illik 350.000 dollarlıq müqavilə təklif etsələr də, Asiyada Eminin qazancı daha çox olacaq. Belə ki, "Daejoon Sitizen"da futbolçu ilinə 750.000 dollar qazanacaq. Müqavilə müddəti 2,5 il təşkil edəcək.
Xatırladaq ki, bundan əvvəl millimizin hücumçusu Ramil Şeydayev Asiya qitəsinin sayılıb-seçilən klublarından olan "Buriram Yunayted" (Tayland) ilə anlaşıb (football.az)