Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatına bu gün yekun vurulub.

Offsideplus.az xəbər verir ki, yarışın son günü Azərbaycanın yunan-Roma güləşi yığmasının 3 üzvü Nihat Məmmədli, Həsrət Cəfərov və Qurban Qurbanov çempion olub.

Ülvi Qənizadə isə medal kolleksiyanı"bürünc"lə artırıb.

60 kq, FİNAL: Nihat Məmmədli - Georgi Tibilov (Serbiya) 7:3

Güləşçimiz rəqibini 7:3 hesabı ilə məğlub edərək, ikinci dəfə Avropa çempionu olub.

67 kq, FİNAL: Həsrət Cəfərov - Abu Muslim Amayev (Bolqarıstan) 7:1

22 yaşlı güləşçimiz karyerasında 3-cü dəfə Avropa çempionunluğu sevincini yaşayıb.

82 kq, FİNAL: Qurban Qurbanov - Erik Szilvassi (Macarıstan) 6:0

Qurban Qurbanov finalda rəqibini 6:0 hesablı məğlubiyyətə uğradaraq Avropa çempionu olub. 

72 kq, bürünc medal: Ülvi Qənizadə - Aliaksandr Liavonçik (UWW) 2:1

Ülvi rəqibini 2:1 hesabı ilə məğlub edərək, Avropa üçüncüsü olub. 

Xatırladaq ki, Avropa çempionatına 24 güləşçi ilə qatılan Azərbaycan milli komandasının hesabında son görüşlər ərəfəsində 9 medal (1 qızıl, 2 gümüş, 6 bürünc) var.

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal

Qadın güləşi: Jalə Əliyeva (57 kq) bürünc medal

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal