Misli Premyer Liqasının XXXII turunda "Turan Tovuz" "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin məşqçisi Yunis Hüseynov oyunu şərh edib:
“Bu gün qələbə qazanmaq istəyirdik. Üçüncü pilləyə qalxmaq üçün 3 xal bizim üçün çox vacib idi. Əfsuslar olsun ki, istifadə edə bilmədik. Qol vurduq. Tez bir zamanda da qapımızda qol gördük. Ötən oyunda da bu oyunda da rəqib yox özümüz özümüzə epizodlar yaratdıq və qol buraxdıq. Bugünkü oyunda da rəqib səhvdən istifadə etdi. Qarşıda oyunlarımız var. Tam ciddi hazırlaşmaq lazımdır”.