Azərbaycan millisinin futbolçusu Anton Krivotyuk çıxış etdiyi “Daejeon” klubunuda ilk qolunu vurub.
Offsideplus.az xəbər verir ki, o, Cənubi Koreya çempionatında 9-cu turunda “Jeonbuk”la səfər matçında fərqlənib. 24 yaşlı müdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri görüşdə hesabı açıb. Krivotsyuk 90 dəqiqə meydanda olub.
"Daejeon” hazırda 17 xalla 12 komanda arasında 3-cü pillədə qərarlaşıb. “Ulsan Hyundai” 22 xalla 1-cidir.