Cənubi Koreya kubokunun 1/16 finalında Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Daejon" növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda doğma meydanda “Geoje” ilə qarşılaşıb. Görüş "Daejon"un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Daejeon” mayın 24-də 1/8 final üzrə “Jeju Yunayted”lə üz-üzə gələcək.