İsveçrə çempionatında 20-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Servet”lə üz-üzə gəlib. 23 yaşlı forvardın komandası bu oyunda 1:2 hesabı ilə məğlub olub
Renat da bu görüşün iştirakçısı olub. O, ilk "11-lik"də meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 57-ci dəqiqədə penaltidən Renat vurub. Bu, Renatın mövsümdə 5-ci qoludur.
Qeyd edək ki, “Qrasshopper” 20 turdan sonra 24 xalla 10 kollektiv arasında 7-cı pillədə yer alıb.