Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Hansi Fliklə yollarını ayırmayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə qurumun prezidenti Bernd Neuendorf məlumat verib.

O, 57 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklərini vurğulayıb.

Xatırladaq ki, Almaniya yığması Hansi Flikin rəhbərliyi altında DÇ-2022-də qrupdan çıxa bilməyib.