İsveçrə çempionatında 14-cü turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” öz meydanında “Lutsern”lə üz-üzə gəlib. Görüş yığmamızın hücumçusunun komandasının (3:1) məğlubiyyəti ilə yekunlaşıb. 

Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə meydana çıxıb. Forvard 90-cı dəqiqədə isə sarı vərəqə alıb.

Qeyd edək ki, “Qrasshopper” 14 turdan sonra 17 xalla 10 kollektiv arasında 7-ci pillədə yer alıb. Turnirə 28 xalla "Yanq Boyz" (13 oyun) başçılıq edir.