Futbol üzrə Moldova yığmasının Azərbaycan və Rumıniya ilə yoxlama oyunları üçün ilkin heyəti məlum olub.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko hələlik yalnız legionerlərə dəvət göndərib.

50 yaşlı mütəxəssis yığmaya ölkə xaricində çıxış edən aşağıdakı 18 futbolçunu çağırıb. Moldova klublarında çıxış edən oyunçulardan milliyə kimlərin dəvət alacağına isə qarşıdakı günlərdə aydınlıq gələcək.

Qapıçı: Dorian Raylyan (“Unirya Dej”, Rumıniya);

Müdafiəçilər: İqor Armaş (“Voluntar”, Rumıniya), Vyaçeslav Posmak (“Boluspor”, Türkiyə), Oleq Ryabçuk (“Olimpiakos”, Yunanıstan), Artur Kraçun (“Hapoel”, Kfar Saba, İsrail), Daniel Dumbravanu (“Apoel”, Kipr), Yuri Yovu (“İstra”, Xorvatiya);

Yarımmüdafiəçilər: Artur İonitsa (“Piza”, İtaliya), Vadim Ratse (“Voluntar”), Yevgeni Koçuk (“Pünik”, Ermənistan), Mixail Kaymakov (“Torpedo”, Rusiya), Kristian Dros (“Slaviya”, Belarus), Nikita Motspan (“Hapoel” Hayfa, İsrail), Viktor Stıne (“Panserraikos”, Yunanıstan);

Hücumçular: Yon Nikolaesku (“Beytar”, İsrail), Vitali Damaşkan (“Voluntar”), Virciliu Postolaki (“UTA Arad”, Rumıniya), Niki Kleşenko (“Sion”, İsveçrə).

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova yığması, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.