Futbol üzrə İsveçrə çempionatında 9-cu turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" öz meydanında "Sürix"lə qarşılaşıb. Oyun 1:1 hesabı ilə baş çatıb.

R.Dadaşov start heyətdə meydana daxil olub və 84-cü dəqiqədə əvəzlənib. O, 53-ci dəqiqədə sarı vərəqə alıb. 

Qeyd edək ki ,"Qrasshoper" turnir cədvəlində 13 xalla 5-ci, "Sürix" isə 3 xalla 9-cu pillədə qərarlaşıb. Siyahıya 17 xalla "Yanq Boyz" başçılıq edir.