Futbol üzrə Ukrayna yığmasının baş məşqçisi Aleksandr Petrakov cərimələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko sosial şəbəkə hesabında paylaşım edib. 

Funksioner bildirib ki, 65 yaşlı mütəxəssis bir müddət öncə Rusiya əsgərləri ilə bağlı səsləndirdiyi fikirlərə görə kiçik məbləğdə cərimə ödəyəcək.