Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə kubokunda 1/16 final oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə aşağı liqa təmsilçisi "Qoldstern"lə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn yığmamızın futbolçusunun komandası növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Renat bu matçda oynamayıb. Onun adı sözügedən görüş üçün iştirak ərizəsində yer almayıb.