Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə kubokunda 1/32 final oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə aşağı liqa təmsilçisi “Vettsvil-Bonştetten”in qonağı olub. Oyun 4:0 hesabıyla "Qrasshopper"in qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Renatın komandası növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, millimizin hücumçusu bu görüşdə iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.